Polis ehtiyatsızlıqdan özünü güllələdi

 Polis ehtiyatsızlıqdan özünü güllələdi

Gədəbəy rayonunda Şəmkir Regional Mühafizə şöbəsinin əməkdaşı, polis nəfəri Ülfət Bənnayev tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

DİN-in mətbuat xidmətindən Asayis.az-a bildirilib ki, hadisə əməkdaşın səhər saatlarında xidmətə çıxmazdan əvvəl tabel silahını təhvil alarkən baş verib.

O, xəstəxanaya yerləşdirilib.

Araşdırmalar davam etdirilir.

10:44 - 2 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin