Gədəbəydə və Qazaxda dəm qazından zəhərlənənlər var

 Gədəbəydə və Qazaxda dəm qazından zəhərlənənlər var

Gədəbəydə zəhərlənmə faktı qeydə alınıb. Asayis.Az APA-ya istinadən xəbər verir ki, rayon sakinləri 1994-cü il təvəllüdlü Sevda Aslanova və onun oğlu 2013-cü il təvəllüdlü Əli Aslanov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Qazaxda da 2 nəfər dəm qazından zəhərlənib. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin normal olduğu bildirilir.

Zəhərlənən şəxslərin kimlikləri dəqiqləşdirilir.

10:00 - 2 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin