Gədəbəydə zəhərlənmə faktı qeydə alınıb. Asayis.Az APA-ya istinadən xəbər verir ki, rayon sakinləri 1994-cü il təvəllüdlü Sevda Aslanova və onun oğlu 2013-cü il təvəllüdlü Əli Aslanov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Qazaxda da 2 nəfər dəm qazından zəhərlənib. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin normal olduğu bildirilir.
Zəhərlənən şəxslərin kimlikləri dəqiqləşdirilir.