Yeni il gecəsi tanınmış müğənniyə ağır itki üz verdi - FOTO

 Yeni il gecəsi tanınmış müğənniyə ağır itki üz verdi - FOTO

Türkiyəli müğənni Yılmaz Morgülə ağır itki üz verib. Asayis.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 2023-cü il qədəm qoyar-qoymaz sənətçinin anası Fatma Morgül dünyasını dəyişib. 

Onun anası uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkirdi. Fatma Morgül yerləşdirildiyi xəstəxananın reanimasiyasında vəfat edib. 

Müğənninin valideyni bu gün Beykoz Kemerüstü məzarlığında torpağa tapşırılacaq. 

16:20 - 1 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin