"Kim milyoner olmak ister"də Azərbaycanla bağlı sual - TƏƏCCÜBLƏNDİRDİ

Türkiyənin reytinqli layihələrindən olan "Kim milyoner olmak ister" yarışmasında bu dəfə iştirakçıya Azərbaycanla bağlı sual verilib. Asayis.Az xəbər verir ki, yarışda iştirakçıya "Anaokulunun Azerbaycan dilindeki adı hangisidir?" 50 min lirə dəyərində sual ünvanlanıb.

Sözügedən sual üçün təqdim olunan variantlar isə maraqla qarşılanıb.

Belə ki işirakçıya sual "Balacalar tarlası", "Kiçiklər bostanı", "Uşaq bağçası", "Körpələr parniki" kimi variantlarla verilib. 

Təqdim olunan sual variantları xeyli təəccüb yaradaraq müzakirələrə səbəb olub.

14:39 - 1 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin