Qubada avtomobil qəzası sakinləri qazsız qoyub

 Qubada avtomobil qəzası sakinləri qazsız qoyub

Quba rayonunda avtoqəza nəticəsində 200 abonent qazsız qalıb.

Asayis.az Report-a istinadla xəbər verir ki, Quba-Xaçmaz yolunun 1-ci km-də iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən biri qaz xəttinin üzərinə düşüb. Nəticədə rayonun Timiryazev qəsəbəsinin 200 abonenti qazsız qalıb.

Əhalini təbii qazla təminatını bərpa etmək üçün Quba-Xaçmaz regional qaz idarəsinin Quba sahəsinin qəza briqadası hadisə yerinə cəlb olunub.

12:45 - 1 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin