Paytaxtda 33 yaşlı qadını avtomobil vurub

 Paytaxtda 33 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda 33 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Asayis.az Report-a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Əliyeva Günay Həsən qızı yolu keçərkən avtomobil onu vurub.

Müxtəlif dərəcəli xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

13:22 - 31 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin