Yeni binalardan ev almaq qaydası dəyişdi: Nağd pul verə bilməyəcəksiniz

 Yeni binalardan ev almaq qaydası dəyişdi: Nağd pul verə bilməyəcəksiniz

Daşınmaz əmlakın alqı-satqısı üzrə yalnız nağdsız qaydada həyata keçirilməli olan ödənişlərin əhatə dairəsi genişlənir.

Asayis.az apa-ya istinadən bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən yeni - 3.4.14-cü maddədə əksini tapıb.

Layihəyə əsasən, daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Qanunun 2023-cü il fevralın 1-dən qüvvəyə minəcəyi bildirlir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

15:39 - 30 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin