Azərbaycanda bu şəxslərin “Tik-Tok”a girişi qadağan oluna bilər

 Azərbaycanda bu şəxslərin “Tik-Tok”a girişi qadağan oluna bilər

Milli Məclisin deputatı Elşad Mirbəşir Azərbaycanda azyaşlıların “Tik-Tok” sosial şəbəkəsinə daxil olunmasının qanunvericiliklə qadağan olunmasını təklif edib. Asayis.Az “Report”a istinadən xəbər verir ki, deputat parlamentin bugünkü plenar iclasında çıxışı zamanı bildirib ki, “Tik-Tok” kontenti gələcək nəslin məhvinə yönəlməkdədir.

“Buna görə də təklif edirəm ki, qanunvericilik formasında azyaşlıların “Tik-Tok”a çıxışı qadağan olunsun. Son dövrlərdə Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlərə ziddi olan kontent formalaşır. Bununla əlaqədar vətəndaş cəmiyyəti, məktəb, valideyn-məktəb işbirliyi səviyəsində bu məsələyə xüsusi diqqət yetirilməlidir.

Aparılan tədqiqatlarla həmin sosial şəbəkəyə girənlərin 60%-i 16-24 yaş arasında olan şəxslərdir. Xüsusilə də azyaşlılar daha çox istifadə edirlər. Bu məsələ mütləq nəzarətə götürülməldir. Misal olaraq, Çində, Hindistanda, Amerikada məhkəmənin qərarı ilə müəyyən müddət aralağında “Tik-Tok”un fəaliyyəti məhdudlaşdırılır. Ona görə də gələcək fəaliyyətimizdə parlament çərçivəsində buna diqqət yetirək”, – deputat əlavə edib.

12:29 - 30 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin