Vasif Talıbovun prokuror qardaşı vəzifəsindən azad edilib

 Vasif Talıbovun prokuror qardaşı vəzifəsindən azad edilib

Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov vəzifəsindən azad olunub. Məhərrəm Talıbov ərizə ilə işdən azad olunmasını istəyib. 

Asayis.Az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatı təsdiq ediblər. Qeyd olunub ki, hələlik onun yerinə təyinat yoxdur.

M.Talıbov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.

11:32 - 30 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin