Bakıda ən böyük yol ötürücülərindən biri bağlanır

 Bakıda ən böyük yol ötürücülərindən biri bağlanır

Bayram günlərində Bakıda ən böyük yol ötürücülərindən biri təmirə bağlanacaq. Asayis.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət 3-cü mikrorayon dairəsinin üzərindən keçən körpüdən gedir. Körpüdə bir istiqamət üzrə hərəkət məhdudlaşdırılacaq. Ona görə də sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə edilir. Hələlik yol ötürücüsünün digər istiqamətinin təmiri nəzərdə tutulmur.

Qeyd edək ki, yanvarın 4-də işlərin başa çatdırılması nəzərdə tutulub.

10:52 - 30 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin