UNICEF-in Bakıdakı rəhbəri Prezident Administrasiyasına çağırıldı

 UNICEF-in Bakıdakı rəhbəri Prezident Administrasiyasına çağırıldı

UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinə dəvət olunub. Asayis.Az "Caliber.az"a istinadən xəbər verir ki, görüş zamanı UNICEF-in İrəvan ofisinin rəhbərinin başqa ölkənin suveren ərazisi ilə bağlı səsləndirdiyi qəbuledilməz bəyanatlardan narahatlıq ifadə olunub. UNICEF-in İrəvan ofisinin rəhbərinin mandat və səlahiyyətlərini aşdığı vurğulanıb. UNICEF-in ofisi və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi UNICEF-in İrəvan bürosunun rəhbərinin hərəkətlərinin yanlış olduğunu etiraf edib.

Xatırladaq ki, UNICEF-in İrəvan ofisi bəyanat yayaraq, “Laçın dəhlizinin bağlanmasının uşaqlara təsir etdiyini, onların yaşaması, sağlam böyüməsi və rifahı üçün lazım olan əsas xidmətlərə çıxışını məhdudlaşdırdığını”, - qeyd etmişdi.

10:33 - 30 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin