Azərbaycanda orta məktəbdə RƏZALƏT

 Azərbaycanda orta məktəbdə RƏZALƏT

Sabirabadda orta məktəbdə qız şagirdə qarşı seksual hərəkətlər edilib. Asayis.Az lent.az-a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində olan 1 saylı orta məktəbdə qeydə alınıb. Bu barədə rayon sakini olan qadın Polis Şöbəsinə müraciətində bildirib.

Onun sözlərinə görə, məktəbin arxasında 9-cu sinif şagirdi olan oğlan 11 yaşlı qızına qarşı seksual hərəkətlər edib.

Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.

10:26 - 30 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin