Gəncədə ağır yol qəzası baş verib.
Asayis.az xəbər verir ki, "Mercedes" markalı avtomobilin sürücüsü yolu keçən piyadanı vurub. Nəticədə 1982-ci il təvəllüdlü Musayev Ramil Safəddin oğlu aldığı xəsarətlərdən yolda dünyasını dəyişib.
Hadisəni törədən sürücü idarəetməni itirərək "VAZ-2106" və "Daewoo Nexia" markalı avtomobillərlə toqquşub. Nəticədə "VAZ-2106" avtomobilin sürücüsü Hüseyn Məmmədov xəsarət alıb.
Yaralı Gəncədə Beynəlxalq Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Gəncə şəhər Baş Polis idarəsində araşdırma başlanılıb.