Gəncədə ağır qəza - Ölən və yaralanan var

 Gəncədə ağır qəza - Ölən və yaralanan var

Gəncədə ağır yol qəzası baş verib.

Asayis.az xəbər verir ki, "Mercedes" markalı avtomobilin sürücüsü yolu keçən piyadanı vurub. Nəticədə 1982-ci il təvəllüdlü Musayev Ramil Safəddin oğlu aldığı xəsarətlərdən yolda dünyasını dəyişib.

Hadisəni törədən sürücü idarəetməni itirərək "VAZ-2106" və "Daewoo Nexia" markalı avtomobillərlə toqquşub. Nəticədə "VAZ-2106" avtomobilin sürücüsü Hüseyn Məmmədov xəsarət alıb.

Yaralı Gəncədə Beynəlxalq Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Gəncə şəhər Baş Polis idarəsində araşdırma başlanılıb.

14:35 - 29 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin