Təmir etdiyi avtomobilin altında qalaraq öldü

 Təmir etdiyi avtomobilin altında qalaraq öldü

Bakıda maşın ustasının üzərinə təmir etdiyi avtomobil aşıb, usta ölüb.

Xətai rayon prokurorluğundan "Asayis.az- Averilən məlumata görə, dekabrın 27-də Zığ şosesində yerləşən avtotəmir sexində usta işləyən 1968-ci il təvəllüdlü Ələddin Abbasovun iş yerində ölməsi barədə prokurorluğa məlumat daxil olub. Araşdırma zamanı Ələddin Abbasovun sexdə təmir etdiyi avtomobilin aşması nəticəsində aldığı xəsarətlərdən ölməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb

14:31 - 29 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin