Sabirabadda bir ailənin 5 azyaşlı üzvü dəm qazından zəhərlənib.
Asayis.az apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Kovlar kəndində qeydə alınıb.
Kənd sakini, Natiq Cəbrayıllının 13, 10, 7, 4 yaşlı və 8 aylıq uşaqları dəm qazından zəhərlənmə diaqnozu ilə Sabirabad xəstəxanasına yerləşdirilib.
Həkimlərin bildirdiyinə görə, onların həyatı üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılır.