Bir ailənin 5 azyaşlı üzvü dəm qazından zəhərləndi

 Bir ailənin 5 azyaşlı üzvü dəm qazından zəhərləndi

Sabirabadda bir ailənin 5 azyaşlı üzvü dəm qazından zəhərlənib.

Asayis.az apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Kovlar kəndində qeydə alınıb.

Kənd sakini, Natiq Cəbrayıllının 13, 10, 7, 4 yaşlı və 8 aylıq uşaqları dəm qazından zəhərlənmə diaqnozu ilə Sabirabad xəstəxanasına yerləşdirilib.

Həkimlərin bildirdiyinə görə, onların həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

12:46 - 29 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin