Azərbaycanda iki polis şöbəsinin statusu dəyişdirilib.
Asayis.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Bakı Metropoliteninin Mühafizəsi Üzrə Polis Şöbəsinin və Bakı şəhər Pirallahı Rayon Polis Şöbəsinin statusu ləğv edilib. Hər iki şöbəyə idarə statusu verilib.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun son əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin nəzdindəki rayon polis idarələrinin sayı 12-yə çatıb.
Qeyd edək ki, idarə şöbədən daha yuxarı səlahiyyətli struktur hesab olunur.