Vilayət Eyvazov iki polis şöbəsi ilə bağlı əmr imzaladı

 Vilayət Eyvazov iki polis şöbəsi ilə bağlı əmr imzaladı

Azərbaycanda iki polis şöbəsinin statusu dəyişdirilib.

Asayis.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Bakı Metropoliteninin Mühafizəsi Üzrə Polis Şöbəsinin və Bakı şəhər Pirallahı Rayon Polis Şöbəsinin statusu ləğv edilib. Hər iki şöbəyə idarə statusu verilib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun son əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin nəzdindəki rayon polis idarələrinin sayı 12-yə çatıb.

Qeyd edək ki, idarə şöbədən daha yuxarı səlahiyyətli struktur hesab olunur.

11:44 - 29 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin