Bülent Ersoy Bakıya gələ bilməyəcək - 274 min manat qazanc əldən çıxdı

 Bülent Ersoy Bakıya gələ bilməyəcək - 274 min manat qazanc əldən çıxdı

Bir müddət əvvəl məşhur müğənni Bülent Ersoyun Bakıya gəlməsi planlaşdırılırdı. 

Asayis.az xəbər verir ki, sənətçi bayram günü paytaxt məkanlarından birində çıxış edəcəkdi. Həmin restoranda sənəd problemləri ortaya çıxdığı üçün musiqili proqram reallaşmayacaq.  

Məlumat üçün bildirək ki, Bülent Ersoy Azərbaycan konsertindən 3 milyon lirə (təxminən 274 min 500 AZN) qonorar əldə edəcəkdi.

Onun təxirə salınan konsertinin nə vaxt baş tutacağı isə hələ ki açıqlanmayıb. 

11:25 - 29 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin