Sevda Yahyayeva duyğulandırdı

 Sevda Yahyayeva duyğulandırdı

"Həmin günü tam xatırlamıram, amma 2-ci, ya 3-cü sinifdə oxuyurdum. İl boyu sinif yoldaşlarımın ad günü tədbirləri mən də belə bir fikir oyatdı: Bəs mənim ad günüm niyə olmur? Ad günüm ilin sonunda olduğundan, yəqin ki, uşaqlıqda bunu tam anlamamışdım. Günlərin bir günü, ilk baharın ortalarında yuxudan oyandım və dərsə gələrək “Bu gün mənim ad günümdür” deyərək elan etdim. Hamı məni təbrik etməyə başladı, ən əsası isə hamı məndən ad günü münasibəti ilə evimizə gəlməklərini istədilər. Heç bir şey fikirləşmədən “dərsdən sonra bizdəsiniz və hədiyyələrinizi gözləyəcəm” deyərək bildirdim".

Asayis.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva deyib. Bu gün 37 yaşı tamam olan sənətçinin sosial şəbəkədə yazdığı bu sözləri hər kəsi duyğulandırıb. Bir zamanlar ad gününü qeyd etməyə pulu olmadığını qeyd edən ifaçı daha sonra sözlərinə belə davam edib:

"Sinif yoldaşlarım bizə gələrək anamı və ailəmi bir az pis duruma saldılar. Anam heç nə anlamadı, ona bu gün mənim ad günümdür söylədim. O mənə cavabında "Qızım, sənin ad günün yeni ilə yaxın gündədir, hələ 6 aydan çox var” söyləmişdi. Evdə yeməyə heç nə olmadığından həmin gün sinif yoldaşlarıma sadəcə makaron bişirə bilmişdik. Sinif yoldaşlarımdan birinin dedikləri isə hələ də qulağımdadır: "Sevda, sən ad günü süfrəsi açmamısan, yalnız makaron bişirmisən bizlərə, ona görə də sənə hədiyyəmi verə bilməyəcəm". Yəqin ki, bu hadisədən sonra mən öz ad günümü daha çox sevməyə və səbirsizliklə gözləməyə başladım".

Xatırladaq ki, Sevda ötən il həkim Zakir Bayramovla ailə qurub. Onun 9 gün əvvəl qızı Ayla dünyaya gəlib. 

19:04 - 28 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin