Azərbaycanda türkiyəli iş adamını hooteldə soydular

 Azərbaycanda türkiyəli iş adamını hooteldə soydular

Azərbaycanda türkiyəli iş adamı qarət edilib.

Asayis.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Fatmayidə yerləşən hotellərin birində qeydə alınıb.

Türkiyə vətəndaşı 57 yaşlı Hakan Fenike Seyfi polisə müraciət edərək hoteldə içərisində külli miqdarda pul, şəxsi sənədləri, xarici pasportu və bank kartları olan çantasının oğurlandığını bildirib.

Daxil olan şikayət əsasında araşdırma başladılıb.

Qeyd edək ki, Hakan Fenike Azərbaycanda biznes fəaliyyət ilə məşğuldur.

18:59 - 28 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin