Prezidentin xüsusi nümayəndəsi Naxçıvanda qadağaların ləğvindən DANIŞDI

 Prezidentin xüsusi nümayəndəsi Naxçıvanda qadağaların ləğvindən DANIŞDI

"Naxçıvanda qanundan kənar, kiminsə kefinə görə tətbiq edilən qadağaların hamısı ləğv olunacaq". Asayis.Az xəbər verir ki, bu sözləri Naxçıvana yeni təyin edilmiş Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli Real TV-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, Naxçıvandakı problemlər araşdırılır, Prezidentin tövsiyələrinə uyğun şəkildə məsələlərin həllinə çalışılır: “Prezidentin tapşırıqları çoxdur. Onların qısa müddətdə həll edilməsi mümkün deyil, bir az vaxt lazımdır”.

 

12:27 - 27 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin