"Naxçıvanda qanundan kənar, kiminsə kefinə görə tətbiq edilən qadağaların hamısı ləğv olunacaq". Asayis.Az xəbər verir ki, bu sözləri Naxçıvana yeni təyin edilmiş Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli Real TV-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, Naxçıvandakı problemlər araşdırılır, Prezidentin tövsiyələrinə uyğun şəkildə məsələlərin həllinə çalışılır: “Prezidentin tapşırıqları çoxdur. Onların qısa müddətdə həll edilməsi mümkün deyil, bir az vaxt lazımdır”.