Bu yolda sürücülərə "radar tələsi" qurulub? - Yol polisindən açıqlama

 Bu yolda sürücülərə

Şamaxı rayonu Meysəri kəndi ərazisindən keçən yolda sürücülər üçün "radar tələsi"nin qurulduğu iddia olunur. Asayis.Az xəbər verir ki, bu barədə "avtomobil tv" yutub kanalı paylaşım edib.

İddia olunur ki, sözügedən yolun radar yerləşən hissəsində 3 işıq dirəyinin işıqları yanmır. Bunun qaranlıqda sürücülərin radarı görməyib, sürət həddini aşaraq radara düşməsi üçün qəsdən edildiyi iddia olunur.  

Bundan başqa, həmin ərazidə həm də piyada keçidi mövcuddur. Qaranlıqda piyada keçidindən istifadə etmək isə vətəndaşların həyatını təhlükəyə atır.

İddialarla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinə inspektoru Toğrul Nəsirli ilə əlaqə saxladıq. 

Qurum rəsmisi BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, radar var deyə işıqların söndürülməsi iddiası yalandır. İşığın yandırılıb-söndürülməsinə biz baxmırıq:

"Hər bir sürücü radar oldu-olmadı yol hərəkəti qaydalarına riayət etməlidir. Həmçinin qeyd edim ki, radarla küçə işıqlarının heç bir əlaqəsi yoxdur. Onsuz da bilirik ki, indi çox adamın telefonunda "antiradar" tətbiqi var. Bu da radarların yerini, ona qədərki sürəti yaxşı göstərir. İndiki zamanda sözügedən halın bilərəkdən edilməsi mümkün deyil".

11:38 - 27 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin