Masallı xəstəxanasının baş həkimi saxlanıldı

 Masallı xəstəxanasının baş həkimi saxlanıldı

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi saxlanılıb. Asayis.Az APA-ya istinadən xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı xəstəxananın baş həkimi Eşqin Əliyev tutulub.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, qeyd olunan faktla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

11:15 - 27 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin