Qadın sürücü yol kənarı ilə gedən şəxsi vurub öldürdü

 Qadın sürücü yol kənarı ilə gedən şəxsi vurub öldürdü

Dekabrın 25-də saat 19 radələrində Astara rayonunun Pensər kəndi ərazisində ağır yol qəzası baş verib. Asayis.Az xəbər verir ki, rayon sakini, 1998-ci il təvəllüdlü Vəfa Rasim qızı İbadova idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə digər 3 avtomobili vurub. Daha sonra V.İbadovanın sürdüyü avtomobil yol kənarında piyada hərəkət edən 1969-cu il təvəllüdlü Arifə Quliyevaya çırpılıb.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

11:02 - 27 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin