Ötən gün qətlə yetirilən şəxs əməkdar məşqçi imiş

 Ötən gün qətlə yetirilən şəxs əməkdar məşqçi imiş

Dekabrın 23-də Beyləqanda qətlə yetirilən Kamil Fərzəliyev əməkdar məşqçi olub. Asayis.Az Report-a istinadla məlumatına görə, ikiqat dünya və ikiqat Avropa çempionu, yunan-Roma güləşçisi Eldəniz Əzizlinin ilk məşqçisi olan mütəxəssis tanışı Rafiq Əliyevlə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirilərək öldürülüb.

Rafiq Əliyev şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə istintaq davam edir.

Qeyd edək ki, Kamil Fərzəliyev 44 günlük Vətən müharibəsinin də iştirakçısı olub.

17:23 - 24 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin