“Cavan qızla evlənən yaşlı adamlar pedofildir” - Nura Suri

 “Cavan qızla evlənən yaşlı adamlar pedofildir” - Nura Suri

“Cavan qızla evlənən yaşlı adamlar pedofildir”. Asayis.Az xəbər verir ki, bunu Baku TV-nin “O kimdir?” verilişində müğənni Nura Suri 50 yaşlı kişi ilə 17 yaşlı qızın nişanlanmasına münasibət bildirərkən deyib.

O, nə qadının, nə də kişinin özündən yaşca çox kiçik insanla münasibət qurmasını qəbul etmədiyini qeyd edib.

“Sevgi seks sözü ilə əvəzlənəndən bəri gözdən düşüb” deyən müğənni heç vaxt kasıb insanla ailə qurmayacağını da vurğulayıb.

“Mən ərimin səhvini tutanda o, əldən-ayaqdan gedirdi, özünü günahkar hiss edirdi, hər şeyi alırdı ki, vəziyyəti ört-basdır etsin. Kişiləri idarə edən başqa orqandır”, - deyə N.Suri xəyanətdən bəhs edərkən deyib.

21:42 - 23 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin