"Prius"la matras aparan şəxslər həyatlarını təhlükəyə atdılar

Bakıda 2 nəfər yataq matrasını yolun ortası ilə maşına daşıyıb. Asayis.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Ehtimal olunur ki, matras küləyin sürətindən "Prius" markalı minik avtomobilinin üzərindən yola düşüb.

Belə halda həmin şəxslər təhlükəsizlik qaydalarını pozaraq, ağır çəkidə olan matrası yolun ortası ilə maşına aparır və özləri ilə birgə digər sürücülərin də həyatını təhlükəyə atır.

18:12 - 23 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin