Naxçıvandan olan sabiq məmur məhkəmə zalında öldü

 Naxçıvandan olan sabiq məmur məhkəmə zalında öldü

Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas zalında ölüm hadisəsi baş verib. Asayis.Az xəbər verir ki, bu barədə ölən Şəmil Qədimovun vəkili Adəm Məmmədov məlumat verib.

“Hüquqlarını müdafiə etdiyim Qədimov Şəmil Əli oğlu məhkəmə prosesi zamanı vəfat etdi”, - o əlavə edib.

Ş.Qədimov dələduzluqda təqsirləndirilirdi.

Lent.az-ın əldə etdiyi məlumata görə, Qədimov Şəmil Əli oğlu Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin sabiq əməkdaşı olub.

16:43 - 23 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin