Əməkdar artist Vahid Əliyev infarkt keçirib. Asayis.Az xəbər verir ki, bu barədə BAKU.WS-ə aktyorun xanımı Tamilla Əliyeva məlumat verib.
Onun sözlərinə, Vahid Əliyev hazırda xəstəxanada müalicə olunur:
"Srağagün gecə infarkt keçirdi. Biz də təcili olaraq xəstəxanaya yerləşdirdik. Hazırda müalicəsi davam edir. Həkimlər qəti bir şey deyə bilmirlər".