Kadırovun 16 yaşlı oğlu MMA-da debüt edəcək

 Kadırovun 16 yaşlı oğlu MMA-da debüt edəcək

Bu gün Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun 16 yaşlı oğlu Eli MMA üzrə ilk döyüşünü keçirəcək. Asayis.Az-ın məlumatına görə, bu barədə liqanın mətbuat xidmətindən bildirilib.

Kadırovun oğlu debüt döyüşündəki rəqibi İslam Əkbərov olacaq.

O, çeçen əsilli isveçli döyüşçü Xamzat Çimaev və keçmiş UFC çempionu Kodi Qarbrand kimi ulduzların rəhbərliyi altında məşq edib.

Bundan əlavə, Elinin boksda yaxşı təcrübəyə malik olduğu və Qroznıda boks turnirində çıxış edərək rəqibini vaxtından əvvəl məğlub etdiyi bildirilir.

10:05 - 23 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin