İrəvan üçtərəfli görüşü pozdu

 İrəvan üçtərəfli görüşü pozdu

Rəsmi İrəvan Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulan görüşündən imtina edib. Asayis.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib. Görüşdə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin hazırlanması məsələlərinin müzakirəsi planlaşdırılırdı.

Rusiya XİN Ermənistanın görüşdən imtinası ilə bağlı təfərrüatı açıqlamayıb.

16:58 - 22 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin