Bu ölkədə əcnəbilərə ev almaq qadağan edildi

 Bu ölkədə əcnəbilərə ev almaq qadağan edildi

Kanada hökuməti 2023-cü ildən əcnəbilərə ölkədə mənzil almağı qadağan edir. Asayis.Az Xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Kanada İpoteka və Mənzil Korporasiyasından bildirilib.

Qadağa 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Müvafiq qanun digər ölkələrin vətəndaşlarına Kanadada 2 il müddətinə daşınmaz əmlak almağı qadağan edəcək. 

Qanuna görə, qadağanı pozanlar 10 min Kanada dolları məbləğində cərimə olunacaqlar.

15:46 - 22 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin