“Oskar”a iddiaçıların 10 kateqoriya üzrə SİYAHISI

 “Oskar”a iddiaçıların 10 kateqoriya üzrə SİYAHISI

Amerikanın Kino Sənəti Akademiyası “Oskar” mükafatına iddiaçıların 10 kateqoriya üzrə siyahısını açıqlayıb.

Asayis.Az xəbər verir ki, bu barədə Akademiyanın saytında bildirilib.

Məlumata görə, “Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasına 15 film seçilib.

Namizədlərin siyahısına Daniel Roerin çəkdiyi “Navalnı” filmi də daxil edilib. Müraciət edənlər arasında Şaunak Senin “Nəfəs alan hər şey”, Marqaret Braunun “Nəsil”, Laura Poytrasın “Bütün gözəllik və qan tökülməsi” və digər filmlər yer alıb. Bunlardan isə yalnız beşi mükafata namizəd olacaq.

Qeyd edək ki, 95-ci mükafatlandırma mərasimi 2023-cü il martın 12-də keçiriləcək.

12:23 - 22 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin