Kürdəmirdə ton yarım narıngi yüklənmiş avtomobil yanıb

 Kürdəmirdə ton yarım narıngi yüklənmiş avtomobil yanıb

Kürdəmir rayonu ərazisində bir ton yarım narıngi yüklənmiş avtomobil hərəkətdə olarkən anidən yanıb. Asayis.Az Report-a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax əsas avtomobil yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücü, 34 yaşlı Qazax rayon sakini Davudov Elvin Adil oğlu içərisi bir ton yarım mandarinlə dolu “Ford Transit” markalı yük avtomobili ilə həmin yolda hərəkətdə olarkən nəqliyyat vasitəsində anidən yanğın başlayıb.

Sürücü əvvəlcə yanğını özü söndürməyə cəhd etsə də buna nail ola bilməyib.

Dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub və yanğın söndürülüb.

Hadisəyə səbəb isə avtomobilin elektrik naqillərindəki qısaqapanma göstərilir. Hazırda fakt araşdırılır.

11:54 - 22 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin