İranda məktəbli qız hökumət qüvvələri tərəfindən öldürüldü

 İranda məktəbli qız hökumət qüvvələri tərəfindən öldürüldü

Təbrizdə 16 yaşlı məktəbli qız hökumət qüvvələri tərəfindən qətlə yetirilib. Asayis.Az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Yeniyetmə qız məcburi hicab qaydalarına əməl etmədiyi üçün hücuma məruz qalıb və başından aldığı zərbələr nəticəsində həyatını itirib.

Məlumata görə, Həsti Həsənpurun dekabrın 7-də öldürülməsinə baxmayaraq, hadisəni ictimailəşdirməməsi üçün ailəsi təhdid edilib.

18:59 - 21 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin