Bir neçə gün öncə itkin düşən qadının meyiti tapılıb - FOTO

 Bir neçə gün öncə itkin düşən qadının meyiti tapılıb - FOTO

Sumqayıtda bir neçə gün öncə itkin düşən qadının meyiti tapılıb. Asayis.Az oxu.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarından şəhərin dənizkənarı hissəsində qadın meyiti tapılıb.

Araşdırma zamanı onun 14-cü məhəllə sakini, 1955-ci il təvəllüdlü Qocayeva Xanım olduğu məlum olub.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. 67 yaşlı qadının özünü dənizə ataraq intihar etdiyi ehtimal edilir.

Qeyd edək ki, meyiti tapılan şəxsin bir neçə gün öncə itkin düşdüyü bildirilirdi.

18:48 - 21 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin