Maşının salonunda xırdabuynuzlu heyvan apardı, polis məsələyə qarışdı

 Maşının salonunda xırdabuynuzlu heyvan apardı, polis məsələyə qarışdı

Daha bir sürücü maşının arxa oturacaqlarında xırdabuynuzlu heyvan daşıyıb.

Asayis.Az-ın məlumatına görə, hadisə Oğuz-Şəki yolunda qeydə alınıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Hacıyev BAKU.WS-ə açıqlamasında bildirib ki, həmin nəqliyyat vasitəsi Şəki rayon qeydiyyatında olan vətəndaşa məxsusdur və etibarnamə əsası ilə oğlu tərəfindən idarə olunub:

"Hadisə tərəfimizdən aidiyyəti üzrə araşdırılır və hüquqi tədbir görüləcək".

Nazirlik rəsmisi onu da vurğulayıb ki, belə hallar İnzibati məsuliyyətə səbəb olur:

"Minik avtomobilinin salonunda xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir. Bu hal həm sürücünün özü, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yarada və faciə ilə bitən nəticələrə gətirib çıxara bilər. Sürücülərə müraciət edərək bildiririk ki, belə hallara yol vermək məqbul sayılmır.

Araşdırma zamanı həmçinin məlum olub ki, sürücünün sürücülük vəsiqəsi yoxdur. Yükdaşıma qaydalarını pozduğuna görə protolollaşdırılıb".

17:45 - 21 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin