Əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) yeni görüntüləri yayılıb. Asayis.Az xəbər verir ki, aşıq Namiq Fərhadoğlu aktrisanı ziyarət edib. O, Toppuş bacıya 10 min AZN yardım edildiyini bildirib. Tünzalə həmin şəxsə təşəkkür edib. Videodan Əliyevanın səsinin batdığı məlum olub.
O, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir. Sonuncu dəfə aktrisaya "Ağıllı iynələr" vurulub.