Böyük Britaniyalı aktrisa Ketrin Zeta-Cons yeni açıqlaması ilə gündəm olub. Asayis.Az xəbər verir ki, o, argentinalı futbolçu Lionel Messini sevdiyini deyib. Zeta-Cons 78 yaşlı həyat yoldaşı Maykl Duqlasın bunu bildiyini də gizlətməyib:
"Messini sevirəm. Ən yaxşısı isə odur ki, həyat yoldaşım - ərim buna etiraz etmir. Evin hər tərəfində Messi ilə posterlərimin olması onu narahat etmir".
Məlumat üçün bildirək ki, Ketrin 53, Maykl 78 yaşındadır. Onlar 22 ildir evlidir.