Aktyor Azər Baxşəliyev ata olub. Asayis.Az xəbər verir ki, bu barədə aktyorun dostları bildirib. İlkin Həsəni video paylaşaraq Azəri ata olması münasibətilə təbrik edib. Aktyor dünyaya gələn qızına Züleyxa adını verib.
Xatırladaq ki, Azər 2018-ci ildə Nigar adlı xanımla ailə qurub. Nigar Seyidova tanınmış rəssamdır. Azər Baxşəliyev "Bozbash pictures"dəki "Ağsaqqal" obrazı ilə məşhurlaşıb.