“Atamla bağlı danışmaq istəmirəm” - Rza Talıbov

 “Atamla bağlı danışmaq istəmirəm” - Rza Talıbov

“Atamla bağlı heç bir şey danışmaq istəmirəm. Mən Bakıda yaşayıram və öz işimlə məşğulam”. Asayis.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Dövlət Miqrasiya Xidmətinin  baş idarə rəisi Rza Talıbov bu gün Naxçıvan Ali Məclisinin sədri postundan istefa verən atası Vasif Talıbovun haqda danışarkən deyib. Rza Talıbov istefasından sonra atası ilə əlaqə saxlamadığını da deyib: “Hazırda danışmamışam. Heç bir məlumatım yoxdur”.

“Atanızın uzun illər tutduğu postdan getməsini necə qarşıladınız” sualına isə Rza Talıbov “hər kəsin öz işi var”, - deyərək əlavə şərh verməkdən imtina edib.

15:28 - 21 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin