Azərbaycanda lentə alınan bu “VAZ-21011” görənləri heyrətə saldı

 Azərbaycanda lentə alınan bu “VAZ-21011” görənləri heyrətə saldı

Azərbaycanda yolların birində maraqlı, eyni zamanda təhlükəli görüntü lentə alınıb.  Asayis.Az-ın "qaynar xətt"inə daxil olan videoda "VAZ-21011" markalı avtomobilin yük hissəsində gövdəsi parçalanmış vəziyyətdə olan başqa bir avtomobili apardığı görünür. Sürücü bununla həm özü, həm də yolda hərəkətdə olan digər avtomobillər üçün böyük təhlükə yaradır. 

Videonun harada çəkildiyi barədə məlumat yoxdur.

12:07 - 21 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin