İt ölməsin deyə 2 nəfər həyatından oldu, 3 nəfər yaralandı - FOTO

 İt ölməsin deyə 2 nəfər həyatından oldu, 3 nəfər yaralandı - FOTO

Türkiyədə ağır yol nəqliyyat hadisəsi baş verib.  Asayis.Az xəbər verir ki, Qaziantepdə qeydə alınan qəza zamanı servis avtobusu "KamAz" markalı yük maşını ilə toqquşub. Servis sürücüsü əks istiqamətdən gələn zaman yolun sağ tərəfindən yoluna it çıxıb.

Onu öldürməmək üçün avtomobili dərhal sola çəkib. Bu zaman o yük maşınına çırpılıb və qəza baş verib.

Hadisə nəticəsində "KamAz"ın yanındakı işçilər Fatih Akar və Mehmet Patlar aldıqları xəsarətdən keçiniblər. Servis avtobusundakı 3 nəfər isə yaralanıb.

17:32 - 20 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin