AZƏRBAYCANDA ŞOK HADİSƏ: 2-ci mərtəbədən yıxılan uşaq sağ qaldı

 AZƏRBAYCANDA ŞOK HADİSƏ: 2-ci mərtəbədən yıxılan uşaq sağ qaldı

Bakıdakı mənzillərdən birində kirayə yaşayan Mirzəyevlər ailəsinin başına bədbəxt hadisə gəlib. 

Asayis.Az "BAKU.WS"ə istinadən  xəbər verir ki, evin 11 aylıq körpəsi Ərkinaz 2-ci mərtbədən yıxılaraq ağır kəllə-beyin travması alıb. Bu barədə "Astar" layihəsində məlumat verilib. 

Ərkinaz anası Güllü Mirzəyevanın qucağında olarkən ehtiyatsızlıqdan yıxılıb. Həyətdəki ustaların köməkliyi ilə dərhal xəstəxanaya aparılan körpə reanimasiyaya yerləşdirilib. 20 gün komada qalan Ərkinaz həkimlərin səyi nəticəsində ölümdən qurtulub. 11 aylıq körpənin ikinci mərtəbədən başı üstə beton yerə çırpılması və sağ qalması bir möcüzədir. 

Atası Abdulhəsən Mirzəyevin sözlərinə görə, Ərkinaz yaşasa da hazırda görmür, eşitmir, ağlamır və gülmür. Gəzə bilməsi isə sual altındadır. 

13:49 - 20 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin