Bakıda küçədə 3 aylıq körpə tapılıb. Asayis.Az Report-a istinadla xəbər verir ki, Binəqədi rayonunda dekabrın 19-da axşam saatlarında Binəqədi qəsəbəsi Gülüstan küçəsində atılan 3 aylıq oğlan uşağı polis tərəfindən sığınacağa yerləşdirilib.
Polis əməkdaşları tərəfindən körpənin anasının şəxsiyyəti müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.