Bakıda küçədə 3 aylıq körpə tapılıb

 Bakıda küçədə 3 aylıq körpə tapılıb

Bakıda küçədə 3 aylıq körpə tapılıb. Asayis.Az Report-a istinadla xəbər verir ki, Binəqədi rayonunda dekabrın 19-da axşam saatlarında Binəqədi qəsəbəsi Gülüstan küçəsində atılan 3 aylıq oğlan uşağı polis tərəfindən sığınacağa yerləşdirilib.

Polis əməkdaşları tərəfindən körpənin anasının şəxsiyyəti müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

12:47 - 20 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin